Xadimə işlədiyi evdən 24 min manat oğurlayıb

11:41 - 21 İyul 2022 - HADİSƏ

Bakıda xadimə işlədiyi evdən oğurluq edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə iyulun 13-də rayon ərazisindəki mənzillərin birində seyfdən 10 min manat və 8 min avronun (14 min manat) oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən xadimə, Bakı şəhər sakini R.Cabbarova müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti