Dənizdə boğulan bacılardan digərinin də meyiti tapılıb.
Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysun Asəf qızı Abdulzadənin cəsədi FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarıç qrupu tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir.
Qeyd edək ki, hadisə ötən gün baş verib. Aysu və Aysel Abdullayeva bacıları dünən dənizdə çimərkən boğulublar. 17 yaşlı Ayselin meyiti ötən gün tapılıb.