İmişlidə kişi həyat yoldaşını bıçaqladı

10:39 - 21 İyul 2022 - HADİSƏ

İmişli sakini həyat yoldaşını bıçaqlayıb.

Ucnoqta.az xəbər verir ki, hadisə İmişli şəhərində qeydə alınıb.

Ailə münaqişəsi zəminində əri tərəfindən bıçaqlanan İmişli şəhər sakini, 1981-ci il təvəllüdlü Abdullayeva Günel Mirayaz qızı ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.///apa.az

Xəbər xətti