Oğuz sakini qardaşını bıçaqlayıb

08:10 - 21 İyul 2022 - HADİSƏ

Oğuzda 29 yaşlı kişi bıçaqlanıb.

Muxas kənd sakini, 1993-cü il təvəllüdlü Camal Maarif oğlu Əkbərovu qardaşı Şamo Əkbərov bıçaqlayıb.
O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Camal Əkbərova lazımi ilkin tibbi yardım göstərilib.

Onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti