Sosial şəbəkələrdə yayılan səs yazısı müzakirələrə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, səs yazısına görə, açıq-aşkar şəkildə şagirdlərdən pul tələb olunur.
Hadisə Sumqayıt şəhəri 16 saylı tam orta məktəbdə qeydə alınıb.
Belə ki, müəllimə Hacıyeva Nəcibə Murtuz qızı “WhatsApp” qruplarından birinə 11-ci sinif şagirdlərindən attestat haqqı və digər xərcləri tələb edən səsyazısı göndərib.
Abşeron-Xızı regional təhsil dairəsindən bildirib ki, hazırda idarə əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılır.
Daha ətraflı Baku TV-nin süjetində: