Ucnoqta.az
www.ucnoqta.az

Bu məktəbdə şagirdlərdən attestata görə pul tələb edilir - <font color=red><b>SƏS YAZISI</b></font>

22:54 - 20 İyul 2022 tarixində dərc olunub.

Sosial şəbəkələrdə yayılan səs yazısı müzakirələrə səbəb olub.

Ucnoqta.az xəbər verir ki, səs yazısına görə, açıq-aşkar şəkildə şagirdlərdən pul tələb olunur. 

Hadisə Sumqayıt şəhəri 16 saylı tam orta məktəbdə qeydə alınıb.

Belə ki, müəllimə Hacıyeva Nəcibə Murtuz qızı “WhatsApp” qruplarından birinə 11-ci sinif şagirdlərindən attestat haqqı və digər xərcləri tələb edən səsyazısı göndərib. 

Abşeron-Xızı regional təhsil dairəsindən bildirib ki, hazırda idarə əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin süjetində:

Müəllif: