Kürdəmirdə maşın aşdı, ölən var

13:55 - 20 İyul 2022 - HADİSƏ

Kürdəmirdə maşın aşıb. 

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, iyulun 19-da saat 19 radələrində Kürdəmir rayonunun Ərəbqubalı kəndi ərazisində rayon sakini Ə.Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb və nəticədə sərnişini Nəsir Nəsirov hadisə yerində ölüb.

Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti