Azərbaycanda 12 yaşlı uşağı tok vurub öldürdü - FOTO

10:57 - 20 İyul 2022 - HADİSƏ

12 yaşlı uşaq faciəvi şəkildə ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Bildirilib ki, hadisə dünən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində baş verib.

Belə ki, 2010-cu il təvəllüdlü Məmmədov İbrahim Kazım oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

12 yaşlı İbrahim Nehrəm qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.///oxu.az

Xəbər xətti