Bakıda evlərdən 100 min manatdan çox oğurluq olub

10:51 - 20 İyul 2022 - HADİSƏ

Bakıda evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş E.Cəfərov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda daha 4 evdən ümumilikdə 23.000 ABŞ dolları, 700 manat, 81.000 manat dəyərində qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən olunub. Araşdırma aparılır.

Xəbər xətti