Bakıda iki bacı dənizdə batdı

21:35 - 19 İyul 2022 - HADİSƏ

Bakıda iki yeniyetmə qız dənizdə boğulub.

Ucnoqta.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə günorta saatlarında paytaxt ərazisindəki çimərliklərdən birində qeydə alınıb. 15 yaşlı Aysun və 17 yaşlı Aysel adlı iki bacı dənizdə çimərkən qəflətən boğulublar. Bacılardan birinin meyiti aşkar edilsə də, digərinin meyitinin tapılması üçün axtarış işləri aparılır.

Faktla bağlı araşdırma aparılır.
 

Xəbər xətti