Bakıda yaşayış evində baş verən yanğın söndürülüb - YENİLƏNİB

17:27 - 19 İyul 2022 - HADİSƏ

Bakı şəhərinin Nəsimi rayonu, S.Salayev küçəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Ucnoqta.az-a Nazirlikdən bildirilib.

İlkin məlumata əsasən, söküntü aparılan ərazidə təqribən 50 m² sahədə quru ot, ağaclar və söküntü materialları yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

15:34

Bakıda fərdi yaşayış evi yanır.

Ucnoqta.az- ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər xətti