Bakıda iki uşağı ilə birlikdə intihara cəhd edən qadının son vəziyyəti açıqlanıb.
TƏBİB-dən Ucnoqta.az-a verilən məlumata görə, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.