Ötən gün 9 yol qəzasında 11 nəfər ölüb - DİN

10:35 - 19 İyul 2022 - HADİSƏ

İyulun 18-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 9 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, nəticədə 11 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Xəbər xətti