Mərdəkan qəsəbəsində ev yanıb - FOTO
21:17 - 18 İyul 2022 - HADİSƏ
Bakının Xəzər rayonunda birmərtəbəli ev yanıb.
APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, aeroport şossesində yerləşən fərdi yaşayış evində alovlanma başlayıb.
Əraziyə FHN-in üç texnikası və canlı briqadası cəlb edilib.
Alovun digər evlərə keçməsinin qarşısı alınıb.