Biləsuvarda maşın aşdı - ölənlər var

13:50 - 18 İyul 2022 - HADİSƏ

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1979-ci il təvəllüdlü Quliyev Emin Baxış oğlu idarəetdiyi "KİA Rio" markalı minik avtomobilini aşırıb.

Qəza nəticəsində sürücü və onun sərnişini, Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Qasımov Qulu Qurban oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti