Avtomobil velosipedçini vurub öldürdü

14:00 - 17 İyul 2022 - HADİSƏ

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Yeni Həyat qəsəbəsində qeydə alınıb.

Belə ki, velosipedlə hərəkətdə olan, 2000-cü il təvəllüdlü Nazim İlqar oğlu İsayevi "Hyundai" markalı minik avtomobili vurub.

Hadisə nəticəsində o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti