Polis maşını çaya düşdü - Ölən və yaralananlar var
11:00 - 17 İyul 2022 - HADİSƏ
Yevlaxda polis maşını Kür çayına düşüb.
"Unikal"ın məlumatına görə, hadisə Kür çayı üzərində yerləşən köhnə körpü üzərində baş verib. Xidmət yerinə gedən polis maşını idarəetmədən çıxaraq körpüdən Kür çayına düşüb. Qəza zamanı maşında 4 polis əməkdaşı olub. 1996-cı il təvəllüdlü Əsədov Süleyman Təyyar oğlu, 1997-ci il təvəllüdlü Həsənov Səfər Tariyel oğlu və 2001-ci il təvəllüdlü Elgün Mehmanoğlu batan maşından sağ qurtularaq sahilə çıxarılıb. 1996-cı il təvəllüdlü Məmmədov Kamran Azər oğlu isə çayda batıb. Onun axtarışlarına hazırda dalğıc axtarış qrupu cəlb olunub.Faktla bağlı araşdırma aparılır.