Bakıda avtomobil polis əməkdaşını vurdu

07:22 - 17 İyul 2022 - HADİSƏ

Bakıda avtomobil polis əməkdaşını vurub. Hadisə Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbəsində avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Məmmədov Təmkin Babək oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və sol said sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır qiymətləndirilir. Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti