Tovuzda yanğın hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, Elbrus Həsənova məxsus avtomobil təmiri sexində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı təmir sexində olan "Mercedes" markalı mikroavtobus və "Renault Megane" avtomobil yanıb.Təmir sexinin qalan hissəsi yanğından mühafizə edilib.///unikal