Qubada "VAZ" yanıb

21:29 - 15 İyul 2022 - HADİSƏ

Qubada "VAZ" markalı minik avtomobili yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qımılqazma kəndində "VAZ" markalı minik avtomobilinin yük yeri və salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti