İcra başçısının müavini tərəfindən döyüldüyü iddia olunan qız xəstəxanaya yerləşdirildi

18:13 - 15 İyul 2022 - HADİSƏ

Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın döydüyü iddia edilən 9-cu sinif şagirdi Aliyə Camalova rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Bu barədə Bizim.Media-ya məktəblinin anası Ləman Camalova məlumat verib.

Onun sözlərinə görə qızın vəziyyəti bu gün səhər saatlarından etibarən ağırlaşıb:

“Başında kəskin ağrıları var, durmadan qaytarır. Xəstəxanaya gətirdik. Kompüter tomoqrafiyasına (KT) salınacaq. Qızımın döyülmə faktını təsdiq edən ekspertiza rəyi isə gizlədilir və bizə verilmir. Qızın vəziyyəti çox ağırdır”, - deyə ana əlavə edib.

 

Xəbər xətti