Gənclər arasında kütləvi dava - bıçaqlanan var

09:51 - 15 İyul 2022 - HADİSƏ

Ağcabədidə kütləvi dava olub.

Hadisə 4 nömrəli məktəbinin yaxınlığında qeydə alınıb.

Rayon sakinləri 1993-cü il təvəllüdlü Nemət Süleymanov, 1994-cü il təvəllüdlü Elməddin Abbasov, 1995-ci il təvəllüdlü Tural Əliyev, 2004-cü il təvəllüdlü Eyvaz Əliyev və 2001-ci il təvəllüdlü Sadiq Rüstəmov arasında mübahisə yaranıb. Dava nəticəsində Nemət Süleymanov bıçaqlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törədən şəxs və şəxslərin müəyyən olunması istiqamətində işlər aparılır.///Apa

Xəbər xətti