Azərbaycanda polis mayoru vəfat etdi - qəzaya düşmüşdü - FOTO

08:59 - 15 İyul 2022 - HADİSƏ

Ötən ay Göygöldə xidməti avtomobili ilə qəzaya düşən polis mayoru ölüb.

Ucnoqta.az xəbər verir ki, Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Qubad Qasımov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, polis mayoru bir müddət əvvəl yol nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlər almışdı.

Faktı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis baş leytenantı Eşqin Qasımov təsdiqləyib.


Xəbər xətti