Kürdə bir nəfər batıb

23:33 - 14 İyul 2022 - HADİSƏ

Kür çayında bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər xətti