Qazaxda minik avtomobili “TIR”a çırpılıb, ölən var

20:43 - 13 İyul 2022 - HADİSƏ

Qazaxda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə dəmir yolu vağzalının yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan minik maşını “TIR"la toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü, rayonun Çaylı kənd sakini, 1981-ci il təvəllüdlü İlham Sadıqov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti