Ağstafada 63 yaşlı kişinin meyiti tapıldı

19:40 - 13 İyul 2022 - HADİSƏ

Ağstafa sakininin meyiti yol kənarında aşkarlanıb.

APA-nın məlumatına görə, hadisə rayonun Xılxına kəndində qeydə alınıb.

1959-cu il təvəllüdlü Əhmədov Nürəddin Şükür oğlunun meyiti yolun kənarında tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, N.Əhmədov ürək tutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti