Mingəçevirdə hərbçimiz su anbarında boğuldu RƏSMİ - FOTO (YENİLƏNİB)

20:16 - 13 İyul 2022 - HADİSƏ

Azərbaycan Ordusunun çavuşu Mingəçevir su anbarında boğulub.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bayramov Namizəd İsrail oğlunun iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

19:16

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti hadisə ilə bağlı məlumat yayıb.


Qurumdan Ucnoqta.az-a verilən məlumata görə,  “Mingəçevir” məntəqəsindən sağa 2 km aralı, qeyri-çimərlik ərazidə 1 nəfər şəxsiyyəti məlum olmayan kişi  meyiti vətəndaşlar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. KGNSXDX tərəfindən əməliyyat keçirilməyib.

17:48

Mingəçevir su anbarında çimən şəxs boğulub.

Hadisə Mingəçevir su anbarındakı çimərliklərdən birində baş verib. 1995-ci il təvəllüdlü Goranboy rayon sakini Bayramov Namizəd İsrayıl oğlu suda çimərkən boğularaq ölüb.


Meyit Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Dalğıc Axtarış qrupu tərəfindən sahilə çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Namizəd Bayramovun Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu (MAXE) olduğu bildirilir.

Faktla bağlı araşdlrma başlanıb.///unikal


Xəbər xətti