Avtomobil yanğın yerindəki FHN əməkdaşını vurdu

08:28 - 13 İyul 2022 - HADİSƏ

Xaçmaz rayonunda yol qəzası baş verib.

Hadisə Xaçmaz - Xudat avtomobil yolunun Müşkür kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21014" markalı çörək daşıyan avtomobil yanğın olan ərazidə xidmət aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı 1989-cu il təvəllüdlü Ağabalayev Fəxarət Həsənbəy oğlunu vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti