İngilis hakimlər Tofiq Bəhramovun abidəsi önündə - FOTO

23:29 - 12 İyul 2022 - MARAQLI

"Qarabağ" - "Lex" oyunundan sonra maraqlı hadisə yaşanıb.

Matçın ingilis hakimləri Tofiq Bəhramovun stadionun önündəki abidəsini ziyarət ediblər.

Xatırladaq ki, T.Bəhramov dünya futbolu tarixində adına heykəl olan və adı stadiona verilən ilk hakimdir.

Onu da qeyd edək ki, 1966 FİFA Dünya Kubokunun finalında Tofiq Bəhramovun İngiltərə milli futbol komandasının lehinə verdiyi obyektiv qərar Uembli stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinin ən mübahisəli epizodlarından sayılır.///demokrat


Xəbər xətti