Bakının Şüvəlan qəsəbəsi 4 nömrəli internat məktəbində toy mərasimi keçirilib.
Ucnoqta.az xəbər verir ki, burada təhsil alan iki gənc ailə həyatı qurub. Gənclərin toyunda təhsil naziri Emin Əmrullayev də iştirak edərək rəqs edib. Toyda Xalq artisti Alim Qasımov, Gülyaz və Gülyanaq Məmmədovalar, Ruhəngiz Qasımova və digər tanınmış simalar da iştirak edib.