Moskvada bomba xəbərdarlığı - bir neçə ticarət mərkəzi boşaldılıb

20:47 - 12 İyul 2022 - DÜNYA

Rusiyanın paytaxtı Moskvanın şimalında yerləşən “Reçnoy” ticarət mərkəzi də daxil olmaqla, bir neçə iaşə obyekti bomba xəbərdarlığı ilə bağlı boşaldılıb.

"Report"un məlumatına görə, bu barədə TASS-a fövqəladə hallar xidmətindəki mənbə bildirib.

Bir neçə ticarət mərkəzinin işçiləri və ziyarətçiləri təxliyə edilib.

Məlumat yoxlanılır. Mütəxəssislər ərazidə iş aparır.

Xəbər xətti