Rusiyanın Ermənistandakı hərbi bazasında yanğın olub

19:49 - 12 İyul 2022 - HADİSƏ

Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi bazasının ərazisində yanğın baş verib.

Ermənistan mətbuatında yayılan xəbərə görə, ərazidə tikinti materialları anbarı yanıb.
Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə yanğının ikinci səviyyəsi elan edilib. Hadisə yerinə yanğınsöndürmə və xilasetmə briqadasının iki döyüş heyəti yola düşüb.

Xəbər xətti