Biləsuvarda avtomobil piyadanı vurub, yaralının vəziyyəti ağırdır

17:25 - 12 İyul 2022 - HADİSƏ

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar - Bəhrəmtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən, piyada rayonun Nərimankənd sakini, 1979-cu il təvəllüdlü yaşlı Əhəd Əliyevi vurub.

Yaralı müxtəlif ağır bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti