Gəncədə güclü külək nəticəsində ağac avtomobilin üstünə aşıb - FOTO

17:12 - 12 İyul 2022 - HADİSƏ

Güclü külək Gəncədə fəsad törədib.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün günorta saatlarında əsən güclü külək nəticəsində şəhərin Heydər Əliyev prospektində iri gövdəli ağac" VAZ 2106" markalı avtomobilin üzərinə aşıb.

Nəticədə avtomobil yararsız hala düşüb. Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Hazırda qərb bölgəsində küləkli hava şəraiti davam edir.


Xəbər xətti