Türkiyədə turistləri daşıyan mikroavtobus uçuruma düşdü

15:59 - 12 İyul 2022 - HADİSƏ

Türkiyədə Qara dəniz sahilindən Malatya şəhərinə qayıdan və turistləri daşıyan mikroavtobus uçuruma düşüb. Nəticədə 18 nəfər xəsarət alıb.

Ucnoqta.azTürkiyə KİV-ə istinadən xəbər verir ki, qəza Tunceli-Ərzincan yolunun 44-cü kilometrliyində baş verib. Sürücü idarəetməni itirib və avtobus yoldan çıxıb.

Hadisə yerinə çox sayda həkim, xilasedicilər, yanğınsöndürənlər və jandarma briqadaları göndərilib. Yaralılar Tunceli Dövlət Xəstəxanasına çatdırılıb, onlara tibbi yardım göstərilib.

Xəbər xətti