Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Sabirabad” və “Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.