Kür çayında batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB

19:59 - 11 İyul 2022 - HADİSƏ

Salyanda Kür çayında batan yeniyetmənin meyiti sudan çıxarılıb.

APA-nın məlumatına görə, hadisə Salyan rayonunun Kürkəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, Salyan rayonunun Aşağı Kürkəndi sakini, 2005-ci il təvəllüdlü İsmayılov Məhəmməd Elməddin oğlu Kür çayında çimərkən boğulub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Yeniyetmənin meyiti batdığı yerdən 20 metr aralıda sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

19:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Salyan rayonu, Aşağı Kürkəndi kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.


 FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Əlavə məlumat veriləcək.

///unikal

Xəbər xətti