Avtomobildən 4 il əvvəl 16 min manat pul oğurlayan şəxs tutulub

10:52 - 11 İyul 2022 - HADİSƏ

Avtomobildən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 4 il əvvəl şəhər ərazisində “Mercedes” markalı bir avtomobildən 16.000 manat və sənəd oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş R.Dadaşzadə saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti