Qusarda ikimərtəbəli ev yanıb

09:01 - 11 İyul 2022 - HADİSƏ

Qusar rayonunun Mucuq kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti