Türkiyə vətəndaşı Sumqayıtda özünü dənizə ataraq intihar edib

19:28 - 10 İyul 2022 - HADİSƏ

Sumqayıtda Türkiyə vətəndaşı intihar edib.

APA-nın yerli bürosunun məlumatına görə, Xəzər dənizinin Sumqayıt sahilindən kişi meyiti tapılıb.

Meyitin 1998-ci il təvəllüdlü Türkiyə vətəndaşı Şahin Vahid Nahid olduğu müəyyən edilib. 24 yaşlı türk gəncin intihar məqsədi ilə özünü dənizə atdığı bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti