Masallıda ev yanıb
09:32 - 10 İyul 2022 - HADİSƏ
Masallı rayonunun Qızılağac kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb