Siyəzəndə kütləvi ZƏHƏRLƏNMƏ: Bir nəfər ölüb

21:33 - 9 İyul 2022 - HADİSƏ

Siyəzəndə 5 nəfər zəhərlənib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Rahib Əsəd oğlu, onun 3 azyaşlı övladı və bir dostu hisə verilmiş balıqdan zəhərlənib. R.Quliyev Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardımdan sonra Bakıya göndərilib. Tibb müdaxiləyə baxmayaraq o, Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.

Digər şəxslərə zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar aparılır.///apa

Xəbər xətti