Elektrovoz Xaçmaz sakinini vuraraq öldürüb

10:34 - 9 İyul 2022 - HADİSƏ

Xaçmaz sakinini elektrovoz vurub.

Hadisə rayonun Qusarçay kəndində baş verib.

Yalama Dəmiryol istiqamətində hərəkət edən maşinist Cabir Məmmədovun və köməkçisi Camələddin Ağayevin idarə etdiyi elektrovoz Qusarçay kənd sakini, 1990-cı il təvəllüdlü Rəşad Vəlibəyovu vurub.

Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./apa

Xəbər xətti