Ağdamda oğul tibb bacısı işləyən anasını bıçaqladı

09:49 - 9 İyul 2022 - HADİSƏ

Ağdamda oğul anasını bıçaqlayıb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb.
Gəncə Dövlət Universitetinin ikinci kurs tələbəsi, 2000-ci il təvəllüdlü Eltun Kərimov qısqanclıq zəminində Ağdam rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən anası, 1977-ci il təvəllüdlü Elnurə Kərimovanı bıçaqlayıb.

Yaralı rayon xəstəxanasına çatdırılıb.

Eltun Kərimov polis tərəfindən saxlanılıb, cinayət işi başlanılıb.///apa

Xəbər xətti