Qaxda kişi meyiti tapılıb

09:42 - 9 İyul 2022 - HADİSƏ

Qaxda gözətçixanada kişi meyiti tapılıb.

Hadisə gecə saatlarında daş bazarı kimi tanınan ərazidə baş verib.

Araşdırma nəticəsində meyitin Zəngilan rayon sakini Fərəcli Vüqar Ələsgər oğluna aid olması müəyyənləşib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Qax rayon şöbəsinə təhvil verilib.

Fakla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti