İntihar etdiyi deyilən 11 yaşlı uşaq bu səbəbdən ölübmüş

12:24 - 8 İyul 2022 - HADİSƏ

Ötən gün Ağstafanın Xətai rayonunda intihar etdiyi bildirilən 11 yaşlı uşağın bədbəxt hadisə nəticəsində öldüyü məlum olub.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ilkin araşdırmalar zamanı 11 yaşlı oğlanın nənəsigilin bağında uşaqlarla oynayarkən boğazına ip dolaşması nəticəsində boğularaq ölməsi müəyyən edilib.

Belə ki, 2011-ci il təvəllüdlü uşaq Bakıda yaşayıb və yay tətili ilə əlaqədar istirahət məqsədilə Ağstafaya gedib. O, digər uşaqlarla oynayarkən həyətdəki ağaca bərkidilmiş ipə ilişib və ip onun boğazına dolaşaraq bir neçə saniyə içində boğulmasına səbəb olub.

Orta məktəbin 4-cü sinif şagirdi olan uşağın cənazəsi dəfn edilməsi üçün Ağstafadan Bakıya yola salınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti