Şirvanda 2 il əvvəl avtomobildən oğurluq edən şəxs tutulub

11:28 - 8 İyul 2022 - HADİSƏ

Şirvan şəhərində iki il əvvəl avtomobildən oğurluq edən şəxs tutulub.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2020-ci ilin oktyabr ayında Şirvan şəhərində “Hyundai” markalı bir avtomobildən 6200 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Səməndərli saxlanılıb.

Onun əvvəllər də məhkum olunduğu bildirilib.

Araşdırma aparılır.

Xəbər xətti