Balakəndə 18 yaşlı oğlan qayçı ilə vuruldu

09:38 - 8 İyul 2022 - HADİSƏ

Balakəndə 18 yaşlı oğlana qayçı ilə xəsarət yetirilib.

Hadisə Heydər Əliyev parkında qeydə alınıb.

32 yaşlı Qazaxov Elnur Elman oğlu aralarında baş verən mübahisə nəticəsində qayçı ilə 18 yaşlı Novruzov Yusif Araz oğlunu vurub. Döş qəfəsindən yaralanan gənc dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.///apa

Xəbər xətti