Məşhur aktyor vəfat etdi

23:18 - 7 İyul 2022 - HADİSƏ

Məşhur amerikalı aktyor Ceyms Kaan 82 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə onun ailəsi sosial şəbəkədə məlumat verib. İyulun 6-da vəfat edən aktyorun ölüm səbəbi barədə məlumat verilmir.

1940-cı ildə Nyu-Yorkda anadan olmuş Ceyms Kaanın rol aldığı filmlər bir çox dilə dublyaj olunub. Onun rol aldığı “Xaç atası” filmi “Oskar” və “Qızıl qlobus” mükafatlarına layiq görülüb. Aktyor 4 dəfə “Qızıl qlobus”, 2 dəfə “Saturn” mükafatının laureatı olub.

Xəbər xətti