Gəncədə məşhur şadlıq sarayında yanğın - 100 nəfər təxliyə edilib

22:15 - 7 İyul 2022 - HADİSƏ

Gəncə şəhərində ümumi sahəsi 3600 m² (hər mərtəbəsi 1800 m²) olan ikimərtəbəli "İmperial" şadlıq sarayının dam örtüyü 3 m² sahədə yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğın zamanı şadlıq sarayında olan 100 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti